III MDB Oyunlarının medal sıralaması: Azərbaycan ikinci yerdədir
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Apasport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 88 (59-17-12) medalla liderdir.
Azərbaycan isə 60 medalla ikinci pillədə qərarlaşıb: 7 qızıl, 21 gümüş və 32 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 49 (7-18-24) medal.
Bu günə qədər III MDB Oyunlarında 7 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, Oyunlarda 13 ölkənin atletləri iştirak edir.

https://mail.qalaba.az//uploads/photo/iii-mdb-oyunlarinin-medal-siralamasi-azerbaycan-ikinci-yerdedir.webp