Minifutbol turniri: “APA” “Baku WS”ə qarşı
Bu gün Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turnirində növbəti oyunlar keçiriləcək.
Apasport.az xəbər verir ki, A və D qrupları üzrə iki görüş baş tutacaq.
Sahəyə ilk olaraq “APA” və “Baku WS” komandaları, sonra isə “Baku TV” ilə “AZƏRTAC” çıxacaq.
Bakı Tennis Akademiyasında saat 22:00-da və saat 23:00-da baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcəklər.

https://mail.qalaba.az//uploads/photo/minifutbol-turniri-apa-baku-wse-qarshi.webp