III MDB Oyunlarının medal sıralaması: Azərbaycan yerini qoruyub
Azərbaycanın yeddi şəhərində III MDB Oyunları davam edir.
Apasport.az xəbər verir ki, hazırda medal sıralamasında Rusiya 194 (105-55-34) medalla liderdir.
Azərbaycan 161 medalla ikinci pillədə qərarlaşıb: 29 qızıl, 46 gümüş və 86 bürünc medal. Üçüncü yerdə isə Belarusdur – 101 (27-26-48) medal.
Bu günə qədər III MDB Oyunlarında 10 ölkənin idmançıları medal qazanıb. Ümumilikdə, yarışlarda 13 ölkənin atletləri iştirak edir.

https://mail.qalaba.az//uploads/photo/iii-mdb-oyunlarinin-medal-siralamasi-azerbaycan-yerini-qoruyub.webp