Millimiz reytinq siyahısında 4 pillə irəliləyib
Dünya Badminton Federasiyası (BWF) milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, Azərbaycan yığması 4 pillə irəliləyərək 23-cü sıraya yüksəlib.
Komandanın hesabında 2300 reytinq xalı var.
Qeyd edək ki, 2018-ci ildə reytinqdə 85-ci olan Azərbaycan millisi ötən illər ərzində ümumi reytinq sıralamasında 39 pillə irəliləyərək 2025-ci ilin əvvəlində 46-cı sırada yer almışdı. Badminton millisi son 9 ay ərzində reytinqdə 22 pillə irəliləyib.

https://mail.qalaba.az//uploads/photo/millimiz-reytinq-siyahisinda-4-pille-irelileyib.webp