Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
Bu gün qadın voleybolçular arasında Yüksək Liqanın I turu çərçivəsində növbəti oyun keçirilib.
Apasport.az xəbər verir ki, UNEC-in idman zalında baş tutan qarşılaşmada UNEC və “Milli Aviasiya Akademiyası” komandaları üz-üzə gəliblər.
Gərgin keçən oyunda qalib tay-brekdə müəyyən olunub. Həlledici setdə üstün olan UNEC görüşü 3:2 hesabı ilə qalib başa vurub.
Yüksək Liqa
I tur
UNEC - “Milli Aviasiya Akademiyası” 3:2 (25:20, 19:25, 23:25, 25:20, 15:13)

https://mail.qalaba.az//uploads/photo/yuksek-liqa-unec-quotmilli-aviasiya-akademiyasini-meglub-etdi.webp