Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb.

Apasport.az xəbər verir ki, baş tutan 6 qarşılaşmada 24 qol vurulub.

"Şamaxı" – "Kəpəz" (1:4) və "Sumqayıt" – "Karvan-Yevlax" (4:1) oyunlarında 5, "Neftçi" – "Araz-Naxçıvan" və "İmişli" – "Qəbələ" (hər ikisi 2:2) matçlarında 4, "Turan Tovuz" – "Qarabağ" (1:2) və "Sabah" – "Zirə" (3:0) qarşılaşmalarında 3 qol vurulub.

Bunadək ən yüksək göstərici 18 qolun (orta hesabla 3,00) vurulduğu V tura təsadüf etmişdi.

Orta məhsuldarlığın ən azı 4 olması son 4 mövsümdə ilk dəfə yaşanır. Sonuncu belə hal 2021/2022 mövsümünün X turunda qeydə alınıb. Həmin vaxt 4 oyunda 17 qol vurulub və məhsuldarlıq 4,25-ə bərabər olub.

Qeyd edək ki, 2021-ci il noyabrın 6-7-də keçirilən həmin turda "Sabah" – "Zirə" (3:3), "Şamaxı" – "Neftçi" (3:2), "Səbail" – "Qəbələ" (0:2) və "Sumqayıt" – "Qarabağ" (0:4) görüşləri baş tutub.