Çexiya millisində müvəqqəti baş məşqçi
Xəbər verdiyimiz kimi, Çexiya Futbol Federasiyası 2024-cü ilin yanvarından milli komandaya rəhbərlik edən Qaşeki, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Farer adalarına 1:2 hesablı məğlubiyyətdən sonra vəzifəsindən azad edib.
QELEBE.AZ xəbər verir ki, noyabrda keçiriləcək DÇ-2026-nın seçmə oyunlarında komandaya Qaşekin məşqçi heyətində yer almış 35 yaşlı Yaroslav Keştl rəhbərlik edəcək.
Qrup mərhələsinin son oyunlarında Çexiya San-Marino və Gibraltar ilə qarşılaşacaq. Komanda 7 oyundan 13 xal toplayaraq seçmə qrupunda 2-ci pillədə qərarlaşıb. Lider Xorvatiyadan (bir oyunu az keçirib) 3 xal geri qalır.

https://mail.qalaba.az//uploads/photo/chexiya-millisinde-muveqqeti-bash-meshqchi.webp