Ozancan Kökçü oynadı, komandası qalib gəldi
Niderland Erediviziyasında 10-cu turun bir sıra oyunları keçirilib.
Apasport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozancan Kökçünün formasını geyindiyi “Volendam” “Herakles”i qəbul edib.
Matç ev sahibi komandanın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Kökçü meydana start heyətində çıxıb və fasilədə əvəzlənib. “Volendam” hazırda 10 xalla 13-cü yerdədir.

https://mail.qalaba.az//uploads/photo/ozancan-kokchu-oynadi-komandasi-qalib-geldi.webp