Yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ikinci oyununa çıxacaq.
QELEBE.AZ xəbər verir ki, B Liqasının I qrupunda yer alan komanda Kosovo ilə qarşılaşacaq.
Görüş Moldovanın Vadul lui Voda şəhərində yerləşən Millilərin Hazırlıq Mərkəzində, Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Qarşılaşmanı islandiyalı baş hakim Briet Braqadottir idarə edəcək.
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu komanda ilk görüşdə Uelsə 0:7 hesabı ilə uduzub.

https://mail.qalaba.az//uploads/photo/yigmamiz-avropa-chempionatinin-sechme-merhelesinde-novbeti-oyununa-chixacaq.webp