Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

Azərbaycan taekvondoçusu dünya çempionatında bürünc medal qazanıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun taekvondo üzrə və Azərbaycan yığma komandasının üzvü Qaşım Maqomedov Çin Xalq Respublikasının Uşi şəhərində keçirilən dünya çempionatında yüksək nəticə əldə edib.

APA FHN-ə istinadən xəbər verir ki, 100-dən çox müxtəlif ölkənin 1000-ə yaxın idmançısının iştirak etdiyi çempionatda 58 kq çəki dərəcəsində Qaşım Maqomedov Hindistan, Özbəkistan, Serbiya və Türkiyəli idmançılar üzərində qələbə qazanaraq fəxri kürsünün bürünc medalına yiyələnməyi bacarıb. Qalibə medal və diplom təqdim edilib. Çempionata oktyabr ayının 30-da yekun vurulacaq.

Qeyd edək ki, Qaşım Maqomedov Fransanın paytaxtı Paris şəhərində XXXIII Yay Olimpiya Oyunlarında 58 kq çəki dərəcəsində Olimpiya Oyunlarının gümüş medalını qazanıb.

***

17.01

Çinin Uşi şəhərində keçirilən taekvondo üzrə dünya çempionatında Azərbaycan milli komandasının üzvü, Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşim Maqomedov bürünc medala layiq görülüb.

APA xəbər verir ki, idmançımız Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.

Qaşim Maqomedov dünyanın ən güclü idmançıları ilə mübarizədə fərqlənib.

Döyüş növləri
Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Azərbaycan taekvondoçuları Qran-pri yarışlarının final mərhələsində iştirak edəcək

Döyüş növləri
Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Azərbaycan taekvondoçuları Avropa çempionatında mübarizə aparacaq

Döyüş növləri
Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının dünya çempionatında ilk rəqibləri bəlli olub

Döyüş növləri
Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Boks üzrə U-22-lərin Avropa çempionatına Azərbaycan ev sahibliyi edəcək

Döyüş növləri
Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Azərbaycan Avropa çempionatına 5 boksçu ilə qatılacaq

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
FHN idmançısı Avropa çempionatının qalibi olub

FHN idmançısı Avropa çempionatının qalibi olub

Döyüş növləri
FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

FHN-in karate komandasının üzvləri Dünya çempionatında uğur qazanıb

Döyüş növləri
Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu ABŞ-da beynəlxalq turnirə qələbə ilə başlayıb

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Azərbaycan boksçuları beynəlxalq turnirdə 12 medal qazanıb

Döyüş növləri
Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə mübarizə aparacaq