Azərbaycan təmsilçisi Qış Olimpiya Festivalında təlim məşqlərinə başlayıb
Azərbaycanın fiqurlu konkisürəni Səbinə Əliyeva İtaliyanın Friuli Venesiya Culiya bölgəsində keçirilən Avropa Gəncləri Qış Olimpiya Festivalında təlim məşqlərinə start verib.
"Report"un məlumatına görə, atlet yanvarın 25-də qısa, yanvarın 27-də sərbəst proqram üzrə çıxış edəcək.
Qeyd edək ki, festival yanvarın 28-də başa çatacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-temsilchisi-qish-olimpiya-festivalinda-telim-meshqlerine-bashlayib.webp











