Super Liqa: XI tura yekun vurulub
Türkiyə Super Liqasında XI tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, turun son günündə üç qarşılaşma baş tutub.
“Alanyaspor” evdə “Qaziantepspor”la üz-üzə gəlib. Görüşdə qol qeydə alınmayıb. Oyun 0:0 hesablı bərabərliklə başa çatıb.
Digər matçlarda “Antalyaspor” “Eyüpspor”u, “Rizəspor” isə “Fatih Karagümrük”ü 1:0 hesabı ilə məğlub edib.

https://mail.qalaba.az//uploads/photo/super-liqa-xi-tura-yekun-vurulub.webp