AMADA: Son 8 ildə ən çox dopinq sanksiyası tətbiq edilən idman növləri açıqlanıb
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2017–2025-ci illər ərzində ən çox sanksiya tətbiq edilən 10 idman növünü müəyyənləşdirib.
QELEBE.AZ xəbər verir ki, bu barədə AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən “İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi” adlı beynəlxalq konfransın açılış mərasimində məlumat verib.
Onun sözlərinə görə, dopinqə görə ən çox sanksiya alan idman növləri aşağıdakı kimidir:
1. Güləş – 22 idmançı
2. Boks – 20 idmançı
3. Ağırlıqqaldırma – 12 idmançı
4. Taekvondo – 11 idmançı
5. Cüdo – 9 idmançı
6. Pauerliftinq – 7 idmançı
7. Velosiped idmanı – 6 idmançı
8. Atletika – 5 idmançı
9. Həndbol – 5 idmançı
10. Kikboksinq – 5 idmançı

https://mail.qalaba.az//uploads/photo/amada-son-8-ilde-en-chox-dopinq-sanksiyasi-tetbiq-edilen-idman-novleri-achiqlanib.webp