"Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi dəyişib
Misli Premyer Liqasının XII turunda keçiriləcək oyunların hakim təyinatlarında dəyişiklik baş verib.
QELEBE.AZ xəbər verir ki, Elçin Məsiyev zədələndiyi üçün "Karvan-Yevlax" - "Kəpəz" görüşünün baş hakimi Rauf Cabarov olacaq.
Elçin Məsiyev həmin qarşılaşmanın VAR hakimi funksiyasını yerinə yetirəcək.
"Araz-Naxçıvan" - "Turan Tovuz" oyununda isə Rauf Cabarovun yerinə Rəşad Əhmədov VAR hakimliyini edəcək.

https://mail.qalaba.az//uploads/photo/quotkarvan-yevlaxquot-quotkepezquot-gorushunun-bash-hakimi-deyishib.webp