Samir Abasov: "Belə xallar itirsək, I Diviziona düşə bilərik"

Samir Abasov: "Belə xallar itirsək, I Diviziona düşə bilərik"

"Belə xallar itirsək, I Diviziona düşə bilərik".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın Samir Abasov səfərdə "Zirə"yə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, heç bir komandanın elitada qalacağına təminat verilməyib: "Maya qədər vaxtımız var. Qələbə qazanmaq lazımdır. Ən azı aşağı sıralarda gedən komandaları udmalı və ya bu matçlardan xal götürməliyik. Düşdüyümüz vəziyyəti hamımız dərk etməli və Premyer Liqadakı yerimizi qorumaq üçün birlikdə çalışmalıyıq".

"Zirə" ilə görüşə yaxşı başladıqlarını söyləyən Abasov ilk hissədə hərəkətli oynadıqlarını vurğulayıb: "Rəqibin heyətində hücumameyilli, keyfiyyətli oyunçular olsa da, meydanda boşluqlar, epizodlar vermədik. İlk yarıdan çox yaxşı təəssüratla ayrıldıq. Əfsuslar olsun ki, mərkəz müdafiəçimiz Vurğun Hüseynovu itirdik. Əvəzedicisi də yox idi. Bu, buraxıllan qollarda da özünü göstərdi. Vurğun oyundan əvvəl zədələnmişdi. Amma meydana çıxdı. Təəssüf ki, oyunu davam etdirə bilmədi. Planlarımız pozuldu".

O, kapitanın durumunun yaxşı olmadığını etiraf edib: "Digər mərkəz müdafiəçimiz də uzun müddətə sıradan çıxıb. Ona görə də Murad Xaçayevi kənara çəkdik. Vurğunun hansı müddətə sıradan çıxmasının fərqi yoxdur. İstənilən halda, bizim üçün fəlakətdir".

Baş məşqçinin sözlərinə görə, 3 qol vurmaq "Zirə"nin səviyyəsini ortaya qoyur: "Amma ilk yarıdan razıyıq. Bu cür itkilər olmasa, daha inamlı çıxış edə bilərik".

Mütəxəssis yeni transferlərin çıxışına da toxunub: "Hələlik çempionatı tanımırlar. Başa düşürük. Bununla belə, pis təsir bağışlamadılar, oyunları alındı. Ümid edirik ki, gələn matçlarda daha yaxşı olacaqlar".

Abasov qış transfer pəncərəsində heyətə başqa oyunçu qatmayacaqlarını bildirib.

Futbol
UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

UEFA pandemiya ilə bağlı "Qarabağ" klubuna ödəniş edib

Futbol
UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

UEFA Konfrans Liqası: “Fiorentina” səfərdə qələbə qazanıb, “Başakşehir” heç-heçə edib

Futbol
Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Ronaldu növbəti dünya çempionatında oynaya bilər

Futbol
Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Azərbaycan Yüksək Liqasında yeni mövsümün püşkü atılıb

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Samir Abasov: "Belə vəziyyətlərdə bilmirik, sevinək, ya kədərlənək"

Futbol
AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

AFFA “Qarabağ” və “Neftçi”nin futbolçularını cəzalandırıb

Futbol
Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Futbol
Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Almaniya çempionatında futbolçu başını beton divara çırpıb

Futbol
“Everton” klubu satılır

“Everton” klubu satılır

Futbol
"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Olimpiakos" oyununda ikinci hissə başlayıb

Futbol
İnfantino: Mundialda komanda sayı artırılacaq

İnfantino: Mundialda komanda sayı artırılacaq