İslamiada: Azərbaycanın qadın yığması qılıncoynatma yarışlarının sablya növündə çempion olub

İslamiada: Azərbaycanın qadın yığması qılıncoynatma yarışlarının sablya növündə çempion olub

Bu gün Səudiyyə Ərəbsitanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub.

QELEBE.AZ xəbər verir ki, son yarış günündə sablya növü üzrə qadınların komanda yarışında qaliblər müəyyənləşib.

Yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız gərgin keçən final qarşılaşmasnda Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edib.

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb.

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların şəxsi və Palina Kaspiaroviç qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdı.

Olimpiada
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti koronavirusa yoluxub

Beynəlxalq Olimpiya Komitəsinin prezidenti koronavirusa yoluxub