Niyaməddin Paşayev: “Bizim üçün çox məsuliyyətli il olacaq”

Niyaməddin Paşayev: “Bizim üçün çox məsuliyyətli il olacaq”

“2023-cü il bizim üçün çox məsuliyyətli il olacaq”.

“QELEBE.AZ” xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezident Niyaməddin Paşayev deyib.

Qurumun mətbuat xidmətinə müsahibə verən 43 yaşlı mütəxəssisin sözlərinə görə, əsas hədəf idmanın bu növünün daha da inkişafı, bölgələrdə kütləviləşməsi və populyarlaşması ilə yanaşı, iştirak edəcəkləri bütün yarışlarda Azərbaycan adını daim uca tutmaqdır.

Ötən il taekvondoçuların 101 medal əldə etdiklərini xatırladan dünya çempionu 2023-cü ildən gözləntilərinin yüksək olduğunu söyləyib: “Ötən ilin dekabrında bütün yaş qrupları üzrə Azərbaycan çempionatları və birincilikləri keçirildi. Bu yarışın yekuna əsasən yığmaların heyəti müəyyənləşdi. Artıq yeni ilə yenilənmiş komanda ilə start vermişik. Qarşıda komandalarımızı mötəbər yarışlar gözləyir. Kişi və qadınlardan ibarət yığmalar yanvarın 5-dən təlim-məşq toplanışına start veriblər. Turnirlərdə taekvondoçularımız uğurlu iştirak etmək üçün, demək olar ki, istirahətsiz hazırlıqlarını səylə davam etdirirlər. Beynəlxalq yarışlarda mübarizəyə fevraldan başlayacağıq. Kişilərdən ibarət milli qardaş ölkə Türkiyənin açıq çempionatında, həmçinin, İstanbulda təşkil olunacaq “Prezident kuboku”nda iştirak edəcək. Sumqayıt Olimpiya İdman Kompleksində hazırlıq keçən qadın taekvondoçularımız isə fevralın 10-da toplanışın ilkin mərhələsini bitirəcəklər. Onlar ardınca Cənub Koreyada hazırlığa başlayacaq, sonra bu ölkənin açıq çempionatında güclərini sınayacaqlar. Hədəflərimiz və istəklərimiz yüksəkdir. Çalışırıq ki, həmişə olduğu kimi ölkəmizi layiqincə təmsil edib, daim üçrəngli bayrağımızı yüksəklərdə dalğalandıraq”.

N. Paşayevin əlavə edib ki, bu il qadın taekvondoçulardan yeni uğurlar gözləyirlər. Əvvəllər də Azərbaycan millisində işləmiş Sun Mi Parkın yenidən əsas komandaya baş məşqçi təyin edilməsi məhz bu səbəbdəndir: “İnanıram ki, xanım taekvondoçularımız onun rəhbərliyi altında daha yüksək nəticələr qazanacaqlar. Komandanın daha uğurlu çıxışı üçün lazımi şərait yaradılıb və bu il bunun nəticəsini yenidən görəcəyimizə ümid edirik”.

Vitse-prezident kişilərdən və qadınlardan ibarət millilərdə nəsildəyişmə prosesi getdiyini vurğulayıb. Qeyd olunub ki, hər iki komandaya gənc və perspektivli taekvondoçular cəlb olunublar və yığma tam komplektləşənə qədər bu proses davam edəcək: “Məqsədimiz beynəlxalq turnirlərdə onları sınamaq və əsas rəsmi yarışlar üçün bütün çəkilərdə ən güclünü müəyyənləşdirməkdir”.

Niyaməddin Paşayev böyüklərdən ibarət yığmalarla yanaşı, aşağı yaş qrupları üzrə millilərə də xüsusi diqqət yetirildiyini deyib. O bildirib ki, uğura gedən yol məhz yeniyetmə idmanından başlayır: “Təbii ki, aşağı yaş qruplarına cəlb olunan idmançılar taekvondomuzun sabahıdır. Biz də sabahımızı daha işıqlı etmək üçün onlara xüsusi diqqət yetirir, təməlin daha möhkəm olmasından ötrü federasiyadan asılı olan hər şeyi edirik. İnanırıq ki, ötən ili rekordlarla başa vuran yeniyetmə və gənc taekvondoçularımız böyük yaş qruplarında da uğurlarını davam etdirəcəklər”.

ATF rəsmisi paratekvondoçuların da il ərzində layiqli çıxış edəcəklərinə inam ifadə edib. O vurğulayıb ki, idmançılar əla formadadırlar və iştirak edəcəkləri yarışlarda sözlərini deyəcəklər.

Vitse-prezident bu ili gərgin və məsuliyyətli edəcək səbəblərdən biri də Bakıda keçiriləcək dünya çempionatı olduğunu söyləyib: “Mundiala çox az vaxt qalıb. Bu yarış bizim üçün xüsusi önəm kəsb edir. Məsuliyyətli, eyni zamanda gərgin qrafiklə işləyəcəyik. Məşqlərin bəhrəsini dünya çempionatında görəcəyimizə, taekvondoçularımızın Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Ardınca isə Paris-2024 Yay Olimpiya Oyunlarında bu uğuru davam etdirməliyik”.

Fərdi
"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

"İlin idman yekunları": Bütün nominasiyalar üzrə qaliblər açıqlanıb

Fərdi
Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Elnur Məmmədli: "Avropa çempionatında böyük nailiyyət əldə etdik"

Fərdi
Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Zabit Səmədovun vida döyüş gecəsi üçün çəkiölçmə mərasimi keçirilib

Fərdi
Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Dünya çempionatı: Səid Mollayi yarımfinalda uduzub

Fərdi
Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Dünya Kuboku: Azərbaycan millisi bu gün finalda İranla üz-üzə gələcək

Fərdi
Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

Şahmat Federasiyasının vitse-prezidenti: “O, əsl çempion kimi oynayırdı”

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

"Shusha Chess 2022": Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla qarşılaşacaq

Fərdi
Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Azərbaycanın olimpiya mükafatçısı karyerasını bitirib

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Azərbaycanın fiqurlu konkisürəni karyerasını bitirməsinin səbəbini açıqlayıb

Fərdi
Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb

Azəbaycanlı idmançının Kiprdəki qalmaqala görə cəzasının müddəti başa çatıb