Millimiz Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxacaq
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa bu gün çıxacaq.
Apasport.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gələcək.
Qarşılaşma Skopyedə, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.

https://mail.qalaba.az//uploads/photo/millimiz-avropa-chempionatinin-sechme-merhelesinde-ilk-oyununa-chixacaq.webp