"Şamaxı"nın baş məşqçisi: "Azarkeşlər iş vaxtı matça gəlməyə çətinlik çəkirlər"

"Azarkeşlərimizə təşəkkür edirəm. İş vaxtı olanda matça gəlməyə çətinlik çəkirlər. Amma bu gün bizi tək qoymadılar".

"Report"un məlumatına görə, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli "Səbail"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis futbolçuların əzmkarlıq göstərdiyini bildirib: "Qələbə münasibəti ilə oyunçularımı təbrik edirəm. Bizim üçün vacib idi. Gələcək qarşılaşmalarda "Səbail"ə uğurlar arzulayıram. Biz isə "Qarabağ"la görüşə hazırlaşacağıq".

Əsgərli hər iki hissədə fərqli oyun nümayiş etdirmək istədiklərini söyləyib: "Fasilədə özümüzdə və rəqibdəki boşluqları oyunçulara izah etdik. Bəzən bunlardan istifadə etsək də, davamını gətirə bilmirik".

Baş məşqçi son olaraq transferlər barədə danışıb: "Axtarışlarımız davam edir. 1-2 mövqedə çatışmazlıqlar var. Gənc oyunçularla danışıqlar aparılır".

Futbol
Avropa Liqa: “Qarabağ” “Frayburq”a məğlub olub - FOTOLENT

Norveçli futbolçu Rusiya klubuna qayıtdığı üçün yığmadan qovulub

Bakıya gələn millinin serbiyalı sabiq baş məşqçisi: “Nəsə olsa, birinci sizə deyəcəyəm”

Sloveniyalı hakim-inspektor Əliyar Ağayevin işinə qiymət verəcək

Mahir Emreli “Dinamo” ilə təlim-məşq toplanışına yollanıb

Canni De Byazi: "Komandada atmosfer yaxşıdır"

"Səbail"də 100-cü oyununu keçirən kapitan klubun tarixinə düşüb

Konfrans Liqasında pley-offun cütləri müəyyənləşib

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

"Əl-Nəsr" PSJ-nin məşhur futbolçusunu heyətinə qatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Türkiyədəki futbol matçında qapıçıya hücum olub, oyun yarımçıq qalıb