19 yaşlı alman yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində

19 yaşlı alman yarımmüdafiəçi Avropa nəhənglərinin hədəfində

“Leypsiq”in yarımmüdafiəçisi Assan Uedraoqo bu mövsüm göstərdiyi çıxışla Avropanın nəhəng klublarının diqqətini çəkib.

Apasport.az “Bild”ə istinadən xəbər verir ki, almaniyalı oyunçunu izləyənlər arasında “Liverpul”, “Arsenal”, “Barselona”, “Bavariya”, “Mançester Yunayted” və “Çelsi” klubları var.

“Leypsiq” Uedraoqonu 100 milyon avro dəyərində qiymətləndirir.

Qeyd edək ki, Assan bu mövsüm Bundesliqa təmsilçisinin heyətində çıxış etdiyi 12 rəsmi matçda 3 qol və 4 assistlə yadda qalıb.