Agenti rusiyalı qapıçının "Qarabağ"a keçə biləcəyini istisna etməyib

Agenti rusiyalı qapıçının "Qarabağ"a keçə biləcəyini istisna etməyib

Almaniyanın "Bayer" klubunda çıxış edən rusiyalı qapıçı Andrey Lunyovun agenti Anton Smirnov oyunşunun "Qarabağ"a keçə biləcəyini istisna etməyib.

"Report"un məlumatına görə, o, "RB Sport" nəşrinə açıqlamasında 32 yaşlı qolkiperin Ağdam klubu ilə yanaşı, İngiltərə Çempionşipdən və Türkiyə Super Liqasından təklif aldığını söyləyib.

O bildirib ki, Leverkuzen təmsilçisinin heyətinə yeni çərçivə qoruyucusu cəlb etməsi vəziyyəti 180 dərəcə dəyişib: "Transfer pəncərəsinin bağlanmasına bir neçə gün qalmış yeni klub axtarmaq çətindir, amma bir neçə variantımız var. "Qarabağ"la birbaşa danışıqlar aparmamışıq, amma bu gün "Bayer"in idman direktoru mənə dedi ki, Azərbaycan təmsilçisinin Lunyovu almaq istəyi var, kluba rəsmi məktub gəlib. Rəhbərlik qapıçının qərarına hörmət edir. Məqbul variant və sağlamlığı ilə bağlı hər şey qaydasında olarsa, onu buraxacaq. Əks halda, problem də yoxdur. Andrey müqaviləsinin sonunadək "Bayer"də qalacaq. Vəziyyətinə baxıb qərar verəcəyik. Yaxın müddətdə meydana qayıda bilsə, başqa kluba keçməyə çalışacaq. Elə ölkələr var ki, məsələn, Türkiyə və Azərbaycan, orada transfer pəncərəsi gec bağlanır".

Qeyd edək ki, Moskva "Torpedo"sunun yetirməsi olan Andre Lunyov ölkəsində "İstra", "Kaluqa", "Saturn", "Ufa" və "Zenit"in də formasını geyinib. O, Rusiya millisində 7 oyuna 14 top buraxıb.

Futbol
Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Levandovski Çempionlar Liqasında ilk turun ən yaxşı oyunçusu seçilib

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Sergey Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Futbol
"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

"Olimpiakos" Avropa Liqası üçün heyətini açıqlayıb

Futbol
"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

"Çelsi" İngiltərə millisinin futbolçusu ilə uzunmüddətli müqavilə imzalayıb

Futbol
"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

"Neftçi" "Turan Tovuz"la oyunda xal itirib

Futbol
Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Azərbaycan Premyer Liqasında mövsümün rekordu təkrarlanıb

Futbol
Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Əliyar Ağayev: "Bu matçı həddindən artıq şişirtmək idarəçiliyimizi dəyişə bilərdi"

Futbol
Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Azərbaycanın əsas millisinin üzvü U-21 yığmasına cəlb olunub

Futbol
“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

“Araz-Naxçıvan”ın “Kayrat”la oyunlarının vaxtı və məkanı bəlli olub

Futbol
Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Fransa millisinin futbolçusu dünya çempionatını buraxacaq

Futbol
Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb

Şimali Makedoniya – Azərbaycan matçının vaxtı açıqlanıb