Muslera ulduzlaşdı: Komandası Argentina çempionu oldu
Futbol üzrə Argentina bağlanış (klausura) liqasının finalında "Estudiantes" "Rasinq"lə qarşılaşıb.
Apasport.az xəbər verir ki, 90 dəqiqəsi 1:1 bitən görüşdə çempionun taleyinə penaltilər seriyasında aydınlıq gəlib.
Burda səhnəyə "Estudiantes"in təcrübəli qapıçısı Fernando Muslera çıxıb. Qolkiper rəqibin 2 penaltisini dəf edərək komandasına çempionluq qazandırıb (5:4).
Daha əvvəl "Qalatasaray" formasıyla 17 kubok qazanmış Muslera Argentinada da Klausura çempionluğuna yiyələnib.

https://mail.qalaba.az//uploads/photo/muslera-ulduzlashdi-komandasi-argentina-chempionu-oldu.webp