Konfrans Liqası: "Başakşehir" Şotlandiya klubunu darmadağın edib
UEFA Konfrans Liqasında qrup mərhələsinə start götürüb.
"Report"un məlumatına görə, bu gün keçirilməli olan 16 matçdan 7-si artıq yekunlaşıb.
A qrupunda yer alan Türkiyənin turnirdəki təmsilçilərindən "Başakşehir" Şotlandiyada "Harts"ı darmadağın edib - 4:0. Qolları 26-cı dəqiqədə Hasan Ali Kaldırım, 67-ci dəqiqədə Yussuf Ndayişimiye, 75-ci dəqiqədə Stiven Kinqsli (avtoqol) və 82-ci dəqiqədə Berkay Özcan vurub.
UEFA Konfrans Liqası
Qrup mərhələsi, I tur
8 sentyabr
A qrupu
20:45. "Harts" (Şotlandiya) - "Başakşehir" (Türkiyə) - 0:4
20:45. "Fiorentina" (İtaliya) - RFŞ (Latviya) - 1:1
B qrupu
20:45. "Anderlext" (Belçika) - "Silkeborq" (Danimarka) - 1:0
C qrupu
20:45. "Vilyarreal" (İspaniya) - "Lex" (Polşa) - 4:3
20:45. "Hapoel" (Ber-Şeva, İsrail) - "Austriya" (Vyana, Avstriya) - 0:0
D qrupu
20:45. "Slovaçko" (Çexiya) - "Partizan" (Serbiya) - 3:3
G qrupu
20:45. "Balkani" (Kosovo) - ÇFR (Rumıniya) - 1:1

https://mail.qalaba.az//uploads/photo/konfrans-liqasi-bashakshehir-shotlandiya-klubunu-darmadagin-edib.webp











