Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq

Azərbaycan Qızıl kəmər seriyasında 10 boksçu ilə təmsil olunacaq

Kişi boksçulardan ibarət Azərbaycan millisi Qızıl kəmər seriyası çərçivəsində ilin ilk yarışında iştirak edəcək.

Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yığma fevralın 2-10-da Mərakeşdə keçiriləcək turnirdə qüvvəsini sınayacaq.

Azərbaycan yarışda baş məşqçi Pedro Roke, məşqçilər Nəriman Abdullayev və Etibar Abdullayevin rəhbərliyi altında 10 boksçu ilə təmsil olunacaq. Çalışdırıcılar Qızıl kəmər seriyasında Məsud Yusifzadə (51 kq), Ümid Rüstəmov (57 kq), Tayfur Əliyev (60 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (67 kq), Sərxan Əliyev (71 kq), Mirşərif Kazımzadə (75 kq), Murad Allahverdiyev (80 kq), Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevə (+92 kq) şans verəcəklər.

Turnirdə ölkəmizi Rövşən Qədirov hakim kimi təmsil edəcək.

Bu gün səfərə yollanan komanda fevralın 12-də Vətənə qayıdacaq.

Qeyd edək ki, yarışda 53 ölkədən 370-dən çox boksçunun iştirakı gözlənilir. Onlar 25 çəki dərəcəsi (13 kişi, 12 qadın) üzrə qalibləri müəyyənləşdirəcəklər. Turnirin püşkü fevralın 1-də atılacaq.

Döyüş növləri
Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Azərbaycan birinciliyində 1/16 final mərhələsi başa çatıb

Döyüş növləri
Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Taekvondo üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb

Döyüş növləri
Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Cavad Ağayev: “Bakıda həmin “bürünc”ü “qızıl”a çevirəcəm”

Döyüş növləri
Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

Döyüş növləri
Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Azərbaycan çempionatında finala yüksələnlər və bürünc medalçılar müəyyənləşib

Döyüş növləri
Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Azərbaycan parataekvondoçuları 2 qızıl medal qazanıb - FOTO

Döyüş növləri
Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Azərbaycan birinciliyində 66 komandadan 326 boksçu mübarizə aparacaq

Döyüş növləri
Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Beynəlxalq Cüdo Federasiyası Rusiyanı yarışdan kənarlaşdırıb

Döyüş növləri
Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Erməni boksçu Məsud Yusifzadə ilə döyüşə çıxmayıb

Döyüş növləri
Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Azərbaycan boksçuları Millətlər kubokunda mübarizə aparacaq

Döyüş növləri
Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın 2 boksçusu Serbiyada beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Döyüş növləri
Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub

Azərbaycanın iki taekvondoçusu Avropa çempionu olub