"Frayburq" - "Qarabağ" oyununda ikinci hissə başlayıb
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndədir.
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar.
Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub.
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, "köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib.
Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir.
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.
Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.
Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.
"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.
Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.
G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.

https://mail.qalaba.az//uploads/photo/frayburq-qarabag-oyununda-ikinci-hisse-bashlayib.webp











