“Yuventus” Spalletti ilə müqaviləni uzatmaq istəyir
"Yuventus" rəhbərliyi baş məşqçi Luçano Spallettinin fəaliyyətindən razıdır.
66 yaşlı mütəxəssis 2025-ci ilin oktyabr ayının sonlarında Turin klubunda mövsümün sonuna qədər müqavilə imzalayaraq işə başlayıb.
Apasport.az xəbər verir ki, “qoca sinyora”nın rəhbərləri komandanın son dövrlərdə göstərdiyi irəliləyişdən məmnundurlar.
Yaxın həftələrdə məşqçiyə 2028-ci ilin ortalarına qədər nəzərdə tutulan yeni müqavilə təklif ediləcək.

https://mail.qalaba.az//uploads/photo/yuventus-spalletti-ile-muqavileni-uzatmaq-isteyir.webp