Gənc qızlardan ibarət cüdo millimiz Yaponiyaya yollanıb - FOTO
Azərbaycanın gənc qızlardan ibarət cüdo üzrə milli komandası Yaponiyaya təlim-məşq toplanışına yollanıb.
Apasport.az xəbər verir ki, Osaka şəhərində təşkil olunan hazırlıq prosesi çərçivəsində fiziki və texniki-taktiki məşqlər keçirilir.
Böyük məşqçi Saşa Herkenrat-Vimar və böyük performans analitiki Zaur Babayevin rəhbərliyi altında baş tutan toplanış yanvarın 30-da başa çatacaq.

https://mail.qalaba.az//uploads/photo/genc-qizlardan-ibaret-cudo-millimiz-yaponiyaya-yollanib-foto.webp