Azərbaycan Yüksək Liqasında II dövrənin başlayacağı tarix açıqlanıb
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrənin başlayacağı tarix bəlli olub.
Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, IV tur fevralın 2-də start götürəcək. İlk olaraq meydana “Neftçi” və “Murov” komandaları çıxacaqlar. Bu qarşılaşma saat 16:00-da başlanacaq.
Günün növbəti matçı MOİK - “Xarı bülbül” klubları arasında olacaq. Bu duelə isə saat 18:00-da start veriləcək.
Görüşlər Voleybol Mərkəzində baş tutacaq.

https://mail.qalaba.az//uploads/photo/azerbaycan-yuksek-liqasinda-ii-dovrenin-bashlayacagi-tarix-achiqlanib.webp











