TFF “Fənərbaxça” və “Qalatasaray” futbolçularını cərimələyib

TFF “Fənərbaxça” və “Qalatasaray” futbolçularını cərimələyib

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi “Fənərbaxça” və “Qalatasaray” futbolçularına verilən cəzaları açıqlayıb.

Apasport.az xəbər verir ki, “Fənərbaxça”nın müdafiəçisi Cayden Oostervolde 1 oyunluq diskvalifikasiya və 400 min TL məbləğində cərimə olunub.

Komandanın hücumçusu Con Duran isə 400 min TL cərimələnib.

“Qalatasaray”ın yarımmüdafiəçisi Mario Lemina da eyni məbləğdə - 400 min TL cərimə ilə üzləşib.

Qeyd edək ki, final qarşılaşması “Fənərbaxça”nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.