Dibaladan son 20 ilin rekordu
"Roma"nın futbolçusu Paulo Dibala A seriyasının tarixinə düşüb.
QELEBE.AZ xəbər verir ki, o, buna ötən gecə 21-ci turda "Torino" ilə görüşdə qol vurmaq və qol ötürməsi etməklə bacarıb.
Nəticədə Dibala seriyasının 2006/2007 mövsümündən bəri ən məhsuldar əcnəbi oyunçusu olub. 32 yaşlı hücumçu son 20 ildə 200 məhsuldar hərəkət həddinə çatıb -131 qol və 69 məhsuldar ötürmə.
Qeyd edək ki, Dibala 2022-ci ilin yayında "Roma"ya qoşulub. O, daha əvvəl "Yuventus"da da oynayıb.

https://mail.qalaba.az//uploads/photo/dibaladan-son-20-ilin-rekordu.webp