“Qarabağ” – “Nyukasl” matçının vaxtı bəlli oldu
UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”la İngiltərənin “Nyukasl” klubu arasında keçiriləcək qarşılaşmaların vaxtı bəlli olub.
Apasport.az xəbər verir ki, Ağdam təmsilçisi ilk oyuna fevralın 18-də çıxacaq.
Görüş Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.
Cütlüyün taleyinə aydınlıq gətirəcək cavab qarşılaşması isə fevralın 24-də İngiltərədə baş tutacaq. Matç Bakı vaxtı ilə gecə saat 00:00-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabag-nyukasl-matchinin-vaxti-belli-oldu.webp