"Qarabağ"ın yetirməsi I Liqa klubunda - RƏSMİ
"Qarabağ"ın yetirməsi Nihad Əliyev komandasını dəyişib.
Apasport.az xəbər verir ki, o, I Liqa təmsilçisi "Difai"yə transfer olunub.
Bunu klubun mətbuat xidməti açıqlayıb. Müdafiəçi artıq kollektivə qoşulub.
Onun son klubu II Liqada mübarizə aparan "Quba" komandası olub.
Qeyd edək ki, Əliyev "Qarabağ"ın U-10 komandasından əvəzedicilərinə qədər bütün yaş qruplarında çıxış edib. O, Azərbaycanın U-16, U-17 və U-19 yığmalarında da forma geyinib.

https://mail.qalaba.az//uploads/photo/quotqarabagquotin-yetirmesi-i-liqa-klubunda-resmi.webp