Yüksək Liqa: XII tura start verilib
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə “Gənclər” “Azərreyl”lə üz-üzə gəlib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında keçirilən qarşılaşma ikincilərin 3:0 (25:15, 25:16, 25:13) hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.

https://mail.qalaba.az//uploads/photo/yuksek-liqa-xii-tura-start-verilib.webp