Bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Bu gün XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

XXV Qış Olimpiya Oyunlarında mübarizə davam edir.

QELEBE.AZ xəbər verir ki, bu gün İtaliyanın Milan və Kortina-dAmpetso şəhərlərində təşkil olunan multiidman yarışının açılış mərasimi keçiriləcək.

Təmsilçilərimiz isə turnirə fevralın 10-dan qoşulacaq. Vladimir Litvintsev fiqurlu konkisürmə üzrə qısa proqramla mübarizəyə start verəcək.

Ayın 15-də Anastasiya Papatoma nəhəng slalom, 3 gün sonra isə slalom növündə qüvvəsini sınayacaq. 

Qeyd edək ki, yarışa fevralın 22-də yekun vurulacaq.