XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

XXV Qış Olimpiya Oyunlarının açılış mərasimi keçirilib

İtaliyada təşkil olunan Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi davam edir. 

QELEBE.AZ verir ki, Milandakı məşhur “San Siro” stadionunda təşkil olunan tədbirdə idmançıların rəsmi paradı olub.

Azərbaycan nümayəndə heyəti paraddan 11-ci sırada keçib. Mərasimdə Dövlət bayrağını dağ xizəkçisi Anastasiya Papatoma və fiqurlu konkisürən Vladimir Litvintsev daşıyıb.

Tamaşaçılar önündən olimpiadanın vətəni Yunanıstan birinci, ev sahibi ölkənin komandası isə sonuncu keçib.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarında 92 ölkədən 3 minə yaxın idmançı iştirak edir.

İdmançılar Oyunlarda 16 idman növü üzrə 116 medal dəsti uğruda yarışacaq.

Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.