Mbappe PSJ-dən 6 milyon avro tələb edir

Mbappe PSJ-dən 6 milyon avro tələb edir

PSJ ilə onun keçmiş hücumçusu Kilian Mbappe arasındakı hüquqi mübarizə yeni mərhələyə qədəm qoyub. Məhkəmə icraçısı Paris klubunun baş qərargahı olan “Factory”yə gələrək, təxminən 6 milyon avro məbləğində ödəniş tələbi təqdim edib. Sözügedən məbləğin Mbappeyə məxsus olduğu və ödənişli məzuniyyətlərə, eləcə də faizlərə uyğun gəldiyi bildirilir.

APA xəbər verir ki, bu addım dekabrın sonunda əmək mübahisələri üzrə məhkəmənin qərarından sonra atılıb. Həmin qərara əsasən, PSJ Kilian Mbappeyə klubda çıxış etdiyi dövrdə ödənilməmiş maaşlar və mükafatlar üçün ümumilikdə 60,9 milyon avro ödəməli idi. “L’Équipe” nəşrinin məlumatına görə, Paris klubu 55 milyon avronu ödəsə də, qalan 5,9 milyon avro hələ də köçürülməyib.

Məhkəmənin müvəqqəti icra qərarına baxmayaraq, bu məbləğin ödənilməməsi Mbappe tərəfini icra məmuru vasitəsilə hərəkətə keçməyə vadar edib. PSJ-nin tələbi yerinə yetirməsi üçün səkkiz gün vaxtı var. Əks halda, məbləğin birbaşa klubun bank hesablarından tutulması riski yaranır.

Paris-Sent-Jermen rəhbərliyi isə verdiyi açıqlamada maaş və mükafatların tam ödənildiyini bildirib və qalan məbləğlə bağlı danışıqların davam etdiyini vurğulayıb. Lakin Mbappe bu versiyanı təkzib edir. Klub fevralın 19-dək apellyasiya şikayəti verə bilər.

Mbappe ilə PSJ arasındakı qarşıdurma yalnız maliyyə məsələləri ilə məhdudlaşmır. Hazırda “Real Madrid”in formasını geyinən futbolçu daha əvvəl də keçmiş klubuna qarşı mənəvi təzyiq (psixoloji zorakılıq) iddiası ilə məhkəmə prosesi başladıb. İddiaların mərkəzində 2023-cü ilin yayında Mbappenin komandanın əsas heyətindən kənarlaşdırılaraq “loft” adlanan qrupda saxlanılması dayanır. Futbol dünyasında mübahisəli hesab edilən bu praktika bəzi oyunçuların əsas heyətdən təcrid olunmasını nəzərdə tutur.

Həmin vaxt dünya çempionu olan hücumçu hüquqi gərginliyi azaltmaq və diqqətini yalnız meydandakı çıxışına yönəltmək üçün bu şikayətdən imtina etmişdi. Kilian Mbappe PSJ ilə münasibətlərində sonuncu və həlledici bir hüquqi mübarizə aparmaq niyyətindədir.

Futbol
Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Əmrah Çəlikəl: "İmarət" stadionu ilə bağlı bizim də fikirlərimiz nəzərə alınıb"

Futbol
Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Gürcüstanlı hücumçu İtaliya A Seriyasında ayın ən yaxşı oyunçusu seçilib

Futbol
İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

İtaliyalı baş məşqçi “Qəbələ” ilə oyunu dəyərləndirib

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Çempionlar Liqası: “Araz-Naxçıvan” son görüşünə çıxacaq

Futbol
Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Ronaldu rəqib qapıçı ilə toqquşmadan sonra ciddi xəsarət alıb

Futbol
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb

Futbol
Pele xəstəxanaya yerləşdirilib

Pele xəstəxanaya yerləşdirilib

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
AFFA PFL və klublara top verib

AFFA PFL və klublara top verib

Futbol
Mbappe PSJ-ni tərk etmək istəyir

Mbappe PSJ-ni tərk etmək istəyir

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər