IFFHS açıqladı: Premyer Liqa 41-ci sırada
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı 50 milli çempionatını açıqlayıb.
QELEBE.AZ xəbər verir ki, IFFHS sihanı tərtib edərkən 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan müddəti əsas götürüb.
Azərbaycan Premyer Liqası sıyahının 41-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, ən yaxşı milli çempionat İngiltərə Premyer Liqası hesab olunub. Braziliya A Seriyası 2-ci, İtaliya A Seriyası 3-cü, İspaniya La Liqası 4-cü, Almaniya Bundesliqası isə 5-ci yerdədir. Türkiyə Super Liqası dünyanın ən yaxşı 12-ci milli liqası kimi dəyərləndirilib.

https://mail.qalaba.az//uploads/photo/iffhs-achiqladi-premyer-liqa-41-ci-sirada.webp