"Fənər"də 2 itki birdən: Cavab matçında iştirak etməyəcəklər
"Fənərbaxça"nın heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Nottingem Forest"ə qarşı cavab oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Buna səbəb tərəflər arasında baş tutan ilk oyunun 69-cu və əsas vaxta əlavə edilmiş 1-ci dəqiqəsində Ceydon Ostervolde və Fredin sarı kart alması olub. Cəzalı vəziyyətə düşən hər iki oyunçu cavab matçında forma geyinə bilməyəcək.
Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi “Nottingem Forest”i qəbul edən İstanbul klubu 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu fevralın 27-də səfərdə keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/quotfenerquotde-2-itki-birden-cavab-matchinda-ishtirak-etmeyecekler.webp