Samir Abasov: “Bunun əvəzini Sumqayıtdakı oyunda çıxmağa çalışacağıq”

Samir Abasov: “Bunun əvəzini Sumqayıtdakı oyunda çıxmağa çalışacağıq”

“Bu məğlubiyyətin əvəzini Sumqayıtdakı oyunda çıxmağa çalışacağıq”.

“Report”un məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov “Neftçi”yə 0:2 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XXI tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qalıb: “Yaxşı oynadıq. Get-gedə daha yaxşı olacağıq. Həddən artıq çox mövqe dəyişiklikləri olsa da, futbolçular bunun öhdəsindən gəldilər. Hər iki hissədə komanda olaraq bu gün biz daha yaxşı idik. Hətta qollar da vura bilərdik. Nəzərə alaq ki, artıq neçənci matçdır ki, mərkəz müdafiəçisiz oynayırıq”.

Baş məşqçi matçın hakimliyindən narazılığını ifadə edib: “Fikrimcə, rəqibin ikinci qolu zamanı foul var idi. Amma əmin deyiləm. Birinci qol epizodu da “Neftçi”nin qapısı qarşısında yaransaydı, bəlkə də, hesaba alınmazdı, VAR-a saatlarla baxılardı. Hətta düşünürəm ki, “Neftçi”nin bir-iki oyunçusu ikinci sarı vərəqə ilə meydandan qovulmalı idi”.

Futbol
Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Qurban Qurbanov: "Rəqib futbolçu penalti olduğunu söylədi"

Futbol
AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

AFFA I Divizion komandasına texniki məğlubiyyət verib

Futbol
"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

"İnter"in qapıçısı Kamerun millisindəki karyerasını başa vurub

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Matyö Valbuena: "Qarabağ"a qarşı oynasam, əlimdən gələni edəcəyəm"

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Gənc futbolçulardan ibarət ilin rəmzi komandası açıqlanıb

Futbol
Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Dünya Çempionatında rüşvət iddiası ortaya atılıb

Futbol
Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub

Futbol
Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Azərbaycan klubu Çempionlar Liqasında 1/8 finala yüksəlib

Futbol
Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb

Serbiya və Monteneqro millisinin sabiq futbolçusu 115 kq kokainlə saxlanılıb