"Barselona"dan çempionluq yolunda növbəti qələbə

"Barselona"dan çempionluq yolunda növbəti qələbə

İspaniya La Liqasında XXVII turun oyunları keçirilir.

QELEBE.AZ xəbər verir ki, bu gün daha 4 matç baş tutub.

"Atletiko" "Real Sosyedad"la qarşılaşıb. Meydan sahibləri 3:2 hesablı qələbəyə sevinib.

"Barselona" "Atletik"in qonağı olub. Kataloniyalılar Lamin Yamalın qolu ilə 3 xal qazanıb.

Qeyd edək ki, "Barselona" 67 xalla liderliyini davam etdirir.

La Liqa
XXVII tur

"Osasuna" - "Malyorka" - 2:2
"Levante" - "Jirona" - 1:1
"Atletiko" - "Real Sosyedad" - 3:2
"Atletik" - "Barselona" - 0:1