Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Dünya çempionatı: Ukrayna yığmasının xərclərini Azərbaycan qarşılayacaq

Bakıda təşkil ediləcək paracüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib.

"QELEBE.AZ"un məlumatına görə, tədbir mundiala həsr olunmuş video-çarxın nümayişi ilə başlayıb.

Daha sonra Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov qarşıdan gələn yarışla bağlı media nümayəndələrinə geniş məlumat verib. O, Azərbaycanda ilk dəfə baş tutacaq dünya çempionatına 45 ölkədən 250 idmançının qatılacağını bildirib.

Rəhimov qeyd edib ki, Paris-2024 Yay Olimpiya Oyunlarına ən çox lisenziya xalları qazandırdığından, yarışa maraq çox böyükdür: "Paracüdoçular 18 dəst medal uğrunda mübarizə aparacaqlar. Onlardan hərəyə 8 dəsti kişi və qadınlar, 2 dəsti isə komanda yarışlarında sahiblərini tapacaq. Komanda üzvlərimiz çempionata fiziki və psixoloji cəhətdən hazırdırlar. Onların hazırlıq səviyyələrinin artırılması məqsədilə yarışda iştirak edəcək idmançıların yerli təlim-məşq toplanışlarında çalışmaları davam etdiriləcək".

Mətbuat konfransında dünya çempionatının loqosu, qalib idmançılar üçün nəzərdə tutulan medal və maskotların təqdimatı da gerçəkləşib.

MPK prezidenti bildirib ki, Afrika ölkələrində paracüdoya marağın daha da artırılmasından ötrü bir neçə ölkə Bakıdakı mundiala dəvət olunub. Dəvətli komandalar və digər paralimpiya komitələri ilə imzalanmış memoranduma əsasən, bir neçə ölkənin, eyni zamanda Ukrayna milli komandasının xərclərini Azərbaycan Milli Paralimpiya Komitəsi qarşılayacaq.

Bundan başqa, çempionatdan əvvəl beynəlxalq hakimlərin iştirakı ilə 5 gün göz tibbi təsnifatı, yarışdan sonra isə ölkələr üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Fərdi
Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Karate federasiyası ilin yekunları ilə bağlı hesabat verib

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Azərbaycan karateçiləri dünya çempionatında 24 medal qazanıb

Fərdi
Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Azərbaycanlı MMA döyüşçüsünü qətlə yetirən şəxs saxlanılıb

Fərdi
UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub

Fərdi
Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Britaniyalı bir ildə 365 marafonda iştirak edib

Fərdi
Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Zabit Səmədov: "Karyeramı bitirdikdən sonra film sektorunda işimi davam etdirəcəyəm"

Fərdi
Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Azərbaycan güləşçilərinin 2022-ci ildə qazandıqları medalların sayı açıqlanıb

Fərdi
Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Bakıda beynəlxalq tennis turniri keçiriləcək

Fərdi
Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan güləşçisi gümüş medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Avropa çempionatı: Azərbaycan şahmatçıları liderlər qrupunda yer alıb

Fərdi
Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Azərbaycan yığmasının baş məşqçisi Göygöl toplanışını dəyərləndirib

Fərdi
İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"

İkiqat olimpiya çempionu: "Azərbaycanda kifayət qədər yaxşı cüdoçular var"