Eşli Koul İtaliya yolunda
Eşli Koul baş məşqçi karyerasına start verəcək.
QELEBE.AZ xəbər verir ki, o, "Çezena" ilə anlaşıb.
45 yaşlı mütəxəssis İtaliya B seriyasında mübarizə aparan komandanın sükanı arxasına keçəcək.
Çalışdırıcı İngiltərə U-21 yığmasının məşqçilər korpusundan ayrılacaq.
Qeyd edək ki, "Çezena" turnir cədvəlində 8-ci pilləsində qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/eshli-koul-italiya-yolunda.webp