Cüdoçularımız Avropa Açıq Turnirini 3 medalla başa vurub - FOTO
Polşanın paytaxtı Varşavada keçirilən cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri başa çatıb.
QELEBE.AZ xəbər verir ki, son yarış günündə milli komandamızın daha 2 üzvü fəxri kürsüdə yer alıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan Camal Feyziyev gümüş medala layiq görülüb. 100 kq çəkidə çıxış edən Elmar Qasımov isə bürünc mükafata sahib çıxıb.
Xatırladaq ki, ötən gün Tofiq Məmmədov (-66 kq) üçüncü yeri tutmuşdu.

https://mail.qalaba.az//uploads/photo/cudochularimiz-avropa-achiq-turnirini-3-medalla-basha-vurub-foto.webp