Rui Jorje: Azərbaycan və Portuqaliya arasındakı fərqi başa düşürəm

Rui Jorje: Azərbaycan və Portuqaliya arasındakı fərqi başa düşürəm

20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Rui Jorjenin təqdimatı ilə bağlı mətbuat konfransı keçirilib.

Apasport.az saytının konfransda iştirak edən əməkdaşı xəbər verir ki, Rui Jorje hər şeydən öncə burda olmağın qürurverici olduğunu bildirib:

"Burda sizinlə birlikdə olmaq mənim üçün böyük qürurdur. Ümid edirəm ki, qarşıdakı bir il ərzində çox yaxşı təcrübə keçərik. Bu müddət ərzində bərabər olacağıq".

Mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.

- Fernandu Santuşla əlaqə saxlamısınız? Ondan hansı məlumatlatı almısınız?

- Uğur qazanmaq üçün çalışmaq lazımdır. Uğur idman nəticələrindən asılıdır. Bunu nə mən, nə də başqası qarantiləşdirə bilməz. Bir komandada uğur qazanmaq futbolçuların əzmkarlığından asılıdır. Onlar üzərlərində işləməlidirlər. Bunu bacarsaq, uğur da qazana bilərik. Müqavilə imzalamadan öncə Fernandu Santuşla və köməkçiləri ilə danışmışam. Həm ölkə, həm də insanlar haqqında gözəl sözlər eşitdim. Bura gəldiyim ilk gündən deyilənlərin doğru olduğunu gördüm.

- Bilirsiniz ki, Azərbaycan yığması Portuqaliya millisi deyil. Premyer Liqada legioner limiti ilə bağlı təklifiniz ola bilər?

- Hazırda bununla bağlı danışıq olmayıb. Çempionatla tanışam. Lakin əsas milli barədə nə isə deyə bilmərəm. Bir şeyi bilirəm ki, futbolçuların inkişafında klubların görəcəyi iş çox önəmlidir. Azərbaycan millisi ilə Portuqaliya yığması arasındakı fərqi anlayıram. Onu deyə bilərəm ki, Portuqaliya U-21 yığması ilə uğur qazananda biz dünya reytinqində 19-cu pillədə idik. Lakin son püşkatmada 3-cü yerə yüksəlmişdik. Bu, futbolçuların inkişafından asılıdır. Bizim burada ən böyük məqsədimiz bunu əldə etməkdir.

- Fernandu Santuş insanlarımızdan xoş sözlər deyib. Bəs futbolumuz haqqında nələrdən söz açıb?

- O, əsas millidi çalışırdı, mən isə U-20 yığmasında işləyəcəm. Onun yığmasındakı tələblər, futbolçu səviyyəsi fərqlidir. Söhbətimizdə suallarım fərqli istiqamətlərdə idi. Digər məsələlər mənim öz işim olacaq.

- İllər öncə U-21 millimiz sizin çalışdırdığınız Portuqaliya yığması qarşılaşıb və 0:2, 1:3 hesabları ilə məğlub olub. İndi buradakı səviyyənin nə yerdə olduğunu, millidə kimlərin oynadığını maraqlanmısınız? Hansı matçları izləmisiniz?

- Əlbəttə ki, həmin oyunları xatırlayıram. Bernardo Silvanın debüt oyunu da həmin matçda olmuşdu. Federasiya rəhbərliyi ilə danışığımızda da bunları qeyd etmişik. Sloveniyada keçirilən turnirdə Malta və Polşa yığmaları ilə oyunlarınızı izləmişəm.

- Dünya çempionatı üçün sistemdə hansı dəyişikliklərə getməyi düşünürsünüz?

- Öncədən bu iki oyunu izləmişdim. Daha sonra Çexiya və Şimali İrlandiya ilə matçlara baxdım. Hələ son qərarımızı verməmişik, təhlillər aparırıq. Ən ali məqsədimiz odur ki, mundialdan qazanc əldə edək. Futbolçularımızın keyfiyyətini qaldırmalı, daha sonra digər məsələlərə keçməliyik.

- Komandaya aşılamaq istədiyiniz xüsusi taktika var, yoxsa bu, futbolçuların səviyyəsindən asılı olacaq?

- Hazırda taktika və oyun sxemi üzərində iş gedir. Futbolçularla tanış olduqdan sonra biləcəm ki, onlar mənə nəyi verə bilər. Hər birinin xarakteristikasını bilməliyəm ki, tələbimi müəyyənləşdirim.

- Portuqaliya xaricində məşqçi kimi çalışmamısınız. Digər ölkələrdən təklifləriniz var idi? Azərbaycanla bağlı nə diqqətinizi çəkdi?

- Çoxsaylı təkliflərim olub. Portuqaliyada çalışarkən təkliflər almışam. Ürəyimə yatan layihə olmadığı üçün heç birini seçməmişəm. Çalışıram ki, layihəyə başlayarkən müqavilənin sonuna qədər orada xidmət göstərim. Bura gələrkən AFFA prezidenti Rövşən Nəcəflə görüşümüz olub. Danışıq zamanı federasiyanın həvəsli olduğunu gördüm. Bu, diqqətimi çəkdi, qərarımı verərkən səbəblərdən biri oldu.

- Sizi çox çətin bir missiya gözləyir. Aşağı yaş qrupları, infrastrukturla bağlı problemlər var. Matçların bir çoxu süni meydanlarda keçirilir. Bunlarla bağlı nə düşünürsünüz?

- Hazırda onu bilirik ki, Dünya Çempionatında çıxış edəcəyik. Bu çıxış əziyyətimizin bəhrəsi deyil, ev sahibi olduğumuz üçündür. Digər ölkələr bura haqq qazanaraq gəlirlər. Bizimlə onlar arasında çox ciddi fərq var. Oyunçuların inkişafı ilə bağlı problemləri bilirəm. Məqsədlərimizdən biri də həmin fərqləri minimuma endirməkdir.

- Köməkçilərinizlə bağlı nə deyə bilərsiniz?

- Bəli, onlar Alexandro Silva və Romeo Almeydadır. 20 ilə yaxındır ki, birlikdə çalışırıq. Bu iki şəxs mənim ən güvəndiyim insanlardırlar. Bu layihədə də mənə kömək edəcəklər.

Futbol
"Yuventus"un oyununda kütləvi dava düşüb

"Yuventus"un oyununda kütləvi dava düşüb

Futbol
Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Tanınmış müətəxəssis 31 ildən sonra sabiq komandasına qayıdıb

Futbol
AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

AFFA İntizam Komitəsi 5 klubu cərimələyib

Futbol
Tanınmış futbolçu supermarketdə işləyə bilər

Tanınmış futbolçu supermarketdə işləyə bilər

Futbol
Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Qara Qarayev: "Milliyə dəvət almadığım üçün üzülürəm"

Futbol
Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Ceyhun Bayramov Türkiyə Ampute milli futbol komandasını təbrik edib

Futbol
"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

"Qarabağ"ın rəqibi evdə inamlı qələbə qazanıb

Futbol
"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

"Atletiko" Antuan Qrizmannı birdəfəlik transfer edib

Futbol
"Neftçi"nin futbolçusu əməliyyat olunub

"Neftçi"nin futbolçusu əməliyyat olunub

Futbol
Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Azərbaycanın qadın futbolçulardan ibarət yığmalarının rəqibləri bəlli olub

Futbol
Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Kadi Borgeslə danışıq aparan kluba yeni baş məşqçi təyin olunub

Futbol
Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO

Yunanıstanda "Qarabağ" azarkeşləri hücuma məruz qalıb - VİDEO