Argentina millisində itki

Argentina millisində itki

Argentina millisində ciddi itki yaşanıb.

Apasport.az xəbər verir ki, Xoakin Panikelli zədələnib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Futbolçu diz bağlarından xəsarət alıb. 23 yaşlı forvardın 6-7 ay meydana çıxa bilməyəcəyi gözlənilir.

Hücumçu yayda keçiriləcək dünya çempionatını buraxacaq.

Qeyd edək ki, Xoakin Panikelli bu mövsüm "Strasburq"un heyətində 39 matçda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.