Millinin məşqçisi: “Olimpiadada ümidimiz bütün çəkilərdə medal qazanmaqdır”

Millinin məşqçisi: “Olimpiadada ümidimiz bütün çəkilərdə medal qazanmaqdır”

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanan cüdo üzrə Azərbaycan millisi fevralın 16-18-i aralığında İsrailin Təl-Əviv şəhərində növbəti Böyük Dəbilqəyə qatılacaq.

Yığmanın böyük məşqçisi Mövlud Mirəliyev həm geridə qalan yarışı dəyərləndirib, həm də qarşıdakı turnirlərdən gözləntilərini açıqlayıb.

2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan 49 yaşlı mütəxəssis “Report”a müsahibəsində millinin 2024-cü ildə Parisdə baş tutacaq olimpiada ilə bağlı hədəflərindən də bəhs edib.

- Cüdo üzrə Azərbaycan millisinin Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqə turnirində nəticələrini necə qarşıladınız?
- Məncə, yaxşı nəticədir. Parisdəki Böyük Dəbilqə turniri ən güclü yarışlardan biridir. İndiyə qədər cəmi iki cüdoçumuz oradakı turnirin qalibi ola bilib. 2007-ci ildə Nicat Şıxəlizadə, 2021-ci ildə isə Balabəy Ağayev çempion olub. Balabəy eyni nəticəsini 60 kq çəki dərəcəsində təkrarladı.

- 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev də qızıl medala yaxın oldu. Onun finaldakı məğlubiyyətinə nə səbəb oldu?
- Murad yaxşı çıxış elədi. Düşünürəm ki, çempion olmağa da yaxın idi. Finalda düzgün mübarizə aparırdı. Sona qədər üstünlüyünü qorusaydı, “şido” ilə qalib gələ bilərdi.

- Fevralın 16-da İsrailin paytaxtı Təl-Əvivdə Böyük Dəbilqə start götürəcək. Bu turnirdən gözləntiləriniz nələrdir?
- Millidə bəzi idmançılar zədəli olduqları üçün Parisə getməmişdilər. Baş məşqçi onların turnirdə iştirakını məsləhət görmədi. Növbəti yarışda onlar da iştirak edə biləcəklər. Gözləntimiz odur ki, həm İsraildəki, həm də ondan sonrakı turnirlərdə uğurla çıxış edək və Yay Olimpiya Oyunlarına tam heyətlə yollanaq. Həmçinin martın əvvəllərində Daşkənddəki Böyük Dəbilqəyə də hazırlaşacağıq. Avropa kuboklarını nəzərə almıram. Çünki orada millinin ehtiyat qüvvəsi iştirak edəcək. Onların həmin yarışlarda təcrübə toplamaları vacibdir.

- Qarşıda həmçinin dünya və Avropa çempionatı da gözlənilir...
- Bəli, bizi lisenziya xarakterli yarışlar da gözləyir. 2023-cü ilin cüdoçularımız üçün uğurlu alınacağına inanıram. Onlardan istəyimiz yüksəkdir. Ümid edirəm ki, buna nail olacağıq. Artıq mayda Dohada dünya çempionatı keçiriləcək. Az vaxt qalıb. Onlara da ciddi hazırlaşacağıq.

- Bəs cüdoçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarında hansı nəticə göstərmələrinə ümid edirsiniz?
- Əlbəttə ki, olimpiada qızılı arzulayırıq. Bütün məşqlər, yarışlar bunun üçün hesablanıb. Düzdür, olimpiadada kimlərin iştirak edəcəyi hələ dəqiq deyil. Amma ümidimiz bütün çəkilərdə medal qazanmaqdır. Paris-2024-ə yollanacaq bütün cüdoçulardan medal gözləyəcəyik.

Fərdi
Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Yaşar Bəşirov: "Karateçilərimizdən belə nəticə gözləmirdim"

Fərdi
Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Azərbaycanın daha üç idmançısı antidopinq pozuntusuna görə cəzalandırılıb

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Azərbaycanın 15 boksçusu beynəlxalq turnirdə mübarizə aparacaq

Fərdi
Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Azərbaycanlı dünya çempionu: "Uşaqlıq arzum idi"

Fərdi
Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Şəhriyar Məmmədyarovun atasına Prezidentin fərdi təqaüdü verilib

Fərdi
Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Şuşadakı şahmat turnirinin mükafat fondu açıqlanıb

Fərdi
Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Antonio Silva: "Zabit Səmədovun son döyüş üçün məni seçməsi fəxrdir"

Fərdi
Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Azərbaycan idmançılarının ilin ilk ayı üçün reytinq cədvəli bəlli olub

Fərdi
"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

"Formula 1" üzrə Sinqapur Qran Prisinin start vaxtı bəlli olub

Fərdi
Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Bakıda keçiriləcək paracüdo üzrə dünya çempionatının püşkü atılıb

Fərdi
Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"

Böyük Dəbilqənin qalibi olmuş Azərbaycan cüdoçusu: "Görüşlərin asan keçdiyini demək olmaz"