Millinin məşqçisi: “Olimpiadada ümidimiz bütün çəkilərdə medal qazanmaqdır” - MÜSAHİBƏ

Millinin məşqçisi: “Olimpiadada ümidimiz bütün çəkilərdə medal qazanmaqdır” - MÜSAHİBƏ

Fransanın paytaxtı Parisdə keçirilən Böyük Dəbilqə turnirində 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanan cüdo üzrə Azərbaycan millisi fevralın 16-18-i aralığında İsrailin Təl-Əviv şəhərində növbəti Böyük Dəbilqəyə qatılacaq.

Yığmanın böyük məşqçisi Mövlud Mirəliyev həm geridə qalan yarışı dəyərləndirib, həm də qarşıdakı turnirlərdən gözləntilərini açıqlayıb.

2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan 49 yaşlı mütəxəssis “QELEBE.AZ”a müsahibəsində millinin 2024-cü ildə Parisdə baş tutacaq olimpiada ilə bağlı hədəflərindən də bəhs edib.

- Cüdo üzrə Azərbaycan millisinin Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqə turnirində nəticələrini necə qarşıladınız?
- Məncə, yaxşı nəticədir. Parisdəki Böyük Dəbilqə turniri ən güclü yarışlardan biridir. İndiyə qədər cəmi iki cüdoçumuz oradakı turnirin qalibi ola bilib. 2007-ci ildə Nicat Şıxəlizadə, 2021-ci ildə isə Balabəy Ağayev çempion olub. Balabəy eyni nəticəsini 60 kq çəki dərəcəsində təkrarladı.

- 90 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev də qızıl medala yaxın oldu. Onun finaldakı məğlubiyyətinə nə səbəb oldu?
- Murad yaxşı çıxış elədi. Düşünürəm ki, çempion olmağa da yaxın idi. Finalda düzgün mübarizə aparırdı. Sona qədər üstünlüyünü qorusaydı, “şido” ilə qalib gələ bilərdi.

- Fevralın 16-da İsrailin paytaxtı Təl-Əvivdə Böyük Dəbilqə start götürəcək. Bu turnirdən gözləntiləriniz nələrdir?
- Millidə bəzi idmançılar zədəli olduqları üçün Parisə getməmişdilər. Baş məşqçi onların turnirdə iştirakını məsləhət görmədi. Növbəti yarışda onlar da iştirak edə biləcəklər. Gözləntimiz odur ki, həm İsraildəki, həm də ondan sonrakı turnirlərdə uğurla çıxış edək və Yay Olimpiya Oyunlarına tam heyətlə yollanaq. Həmçinin martın əvvəllərində Daşkənddəki Böyük Dəbilqəyə də hazırlaşacağıq. Avropa kuboklarını nəzərə almıram. Çünki orada millinin ehtiyat qüvvəsi iştirak edəcək. Onların həmin yarışlarda təcrübə toplamaları vacibdir.

- Qarşıda həmçinin dünya və Avropa çempionatı da gözlənilir...
- Bəli, bizi lisenziya xarakterli yarışlar da gözləyir. 2023-cü ilin cüdoçularımız üçün uğurlu alınacağına inanıram. Onlardan istəyimiz yüksəkdir. Ümid edirəm ki, buna nail olacağıq. Artıq mayda Dohada dünya çempionatı keçiriləcək. Az vaxt qalıb. Onlara da ciddi hazırlaşacağıq.

- Bəs cüdoçularımızın Paris-2024 Yay Olimpiya Oyunlarında hansı nəticə göstərmələrinə ümid edirsiniz?
- Əlbəttə ki, olimpiada qızılı arzulayırıq. Bütün məşqlər, yarışlar bunun üçün hesablanıb. Düzdür, olimpiadada kimlərin iştirak edəcəyi hələ dəqiq deyil. Amma ümidimiz bütün çəkilərdə medal qazanmaqdır. Paris-2024-ə yollanacaq bütün cüdoçulardan medal gözləyəcəyik.

Fərdi
Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Qadın boksçularımız Serbiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Fərdi
"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

"Formula 1" prezidenti: "Sprint yarışı ev sahibi olanlara əlavə dəyər qatacaq”

Fərdi
"İlin idman yekunları": Qaliblər açıqlanır

"İlin idman yekunları": Qaliblər açıqlanır

Fərdi
Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Fərdi
"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

"Shusha Chess 2022": Məmmədyarov maksimum nəticə ilə vahid lider olub

Fərdi
Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Azərbaycanın iki cüdoçusu Avropa çempionu olub

Fərdi
Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Bakıda keçiriləcək yunan-Roma güləşi üzrə Dünya Kubokuna satılmış biletlərin sayı açıqlanıb

Fərdi
İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

İlham Zəkiyev səkkizinci dəfə Avropa çempionu olub

Fərdi
Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Bölgə gimnastları Bakıda təlim-məşq toplanışına qatılıblar

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

FIDE reytinqi: Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mövqeyi dəyişməz qalıb

Fərdi
Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb

Cəlilabadda şəhidlərin xatirəsinə həsr olunmuş basketbol yarışı başa çatıb