"Neftçi" Avropa üçün darıxıb: 3 xal üçün meydana çıxır - YENİLƏNİR
Misli Premyer Liqasında 2-ci oyun gününə "Palms Sport Arena"da yekun vurulacaq.
QELEBE.AZ xəbər verir ki, "Neftçi" doğma meydanda "Araz-Naxçıvan"ı qəbul edəcək.
Yuri Vernidubun komandası hazırda 1 oyun az keçirməklə turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komandanın ehtiyatında 40 xal var. Avrokubok məqsədinə çatmaq üçün "flaqman" matça qələbə andıyla çıxacaq.
Naxçıvan təmsilçisi isə turnir cədvəlində "Neftçi"dən 1 xal və 1 pillə geridədir. Demçenkonun tələbələri avrokubok iddiasını davam etdirmək üçün bu səfərdən xal və ya xallarla qayıtmaq istəyir.
Görüşün start fiti saat 20:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXVII tur
20:00. "Neftçi" - "Araz-Naxçıvan"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Müslüm Əliyev
Bakı. "Palms Sports Arena"

https://mail.qalaba.az//uploads/photo/quotneftchiquot-avropa-uchun-darixib-3-xal-uchun-meydana-chixir-yenilenir.webp