Turan Bayramovdan bürünc: Günü 2 medalla tamamladıq
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü yekunlaşıb.
Apasport.az xəbər verir ki, millimiz günü 2 medalla başa vurub.
Əhməd Yusifovdan sonra, 66 kiloqramda Turan Bayramov da bürünc medal qazanıb. O, Rusiya təmsilçisi Abdullah Parçiyevi üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qeyd edək ki, komandamız turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.

https://mail.qalaba.az//uploads/photo/turan-bayramovdan-burunc-gunu-2-medalla-tamamladiq.webp