“Liverpul” İngiltərə millisinin üzvü ilə maraqlanır
İngiltərə Premyer Liqa təmsilçisi "Liverpul" yay transfer pəncərəsində heyətinə yeni oyunçular cəlb etməyi planlaşdırır.
QELEBE.AZ xarici KİV-ə istinadən xəbər verir ki, "qırmızılar" "Kristal Pelas"ın yarımmüdafiəçisi Adam Uartonu rənglərinə bağlamaq istəyir.
Alınan uğursuz nəticələrə baxmayaraq, yollarına Arne Slotla davam etmək qərarına gələn Mersisayd təmsilçisinin rəhbərliyi yarımmüdafiə və hücum xəttinə bir neçə futbolçu cəlb edəcək.
Aleksis Mak Allisterin adının "Real Madrid"lə sıx hallanması bu keçidin baş verməsində ciddi rol oynayır.
Komandanın 22 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşdığı bildirilir.
Qeyd edək ki, İngiltərə millisinin üzvü olan Adam Uarton "Blekbörn"ün yetirməsidir.

https://mail.qalaba.az//uploads/photo/liverpul-ingiltere-millisinin-uzvu-ile-maraqlanir.webp